Nazim İbrahimov Andorra parlamentinin sədri ilə görüşüb - FOTO

Nazim İbrahimov Andorra parlamentinin sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 06 sentyabr 2014 08:23 (UTC +04:00)

Bakı – APA. Andorrada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin üzvləri Andorra parlamentinin spikeri Visens Mateu Zamora və vitse-spiker Monika Bonel Tusetlə görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike Frayberqa, Mərkəzin Qəyyumlar Şurasının üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin İdarə Heyətinin üzvü Petar Stoyanov, Liviya Vətəndaş Forumunun prezidenti Farida Allagahi və Andorranın sabiq baş naziri Oskar Ribas Reyq də iştirak edib.

Görüşdə Andorra parlamentinin spikeri V. Zamora hazırda ölkəsində keçirilən “Avropada etimadın bərpa olunması” konfransının əhəmiyyətindən danışıb. O, regionda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün 800 illik tarixində heç bir münaqişə yaşamayan Andorranın seçilməsinin ideal faktor olduğunu vurğulayıb. Tədbirin təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirən V. Zamora birgə əməkdaşlığın gələcəkdə davam etdirilməsində maraqlı olduqlarını deyib.

Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıqların müzakirəsi üçün Andorra hökumətinin göstərdiyi dəstəyə görə təşəkkür ifadə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nümayəndə heyətinin üzvləri bu əməkdaşlığın davam etdiriləcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətinin üzvləri xatirə kitabına ürək sözlərini yazıblar, parlamentin tarixi binası Kasa De La Valı ziyarət ediblər və yenicə istifadəyə verilmiş təzə binanın iclas zalı ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR