Nazim İbrahimov Ukraynada Milli Şuranın nümayəndəliyinin yaradılmasına münasibət bildirib

Nazim İbrahimov Ukraynada Milli Şuranın nümayəndəliyinin yaradılmasına münasibət bildirib
# 07 avqust 2013 12:46 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Milli Şuranın Ukraynada bəzi diaspor üzvlərindən ibarət yaradılan nümayəndəliyinin fəaliyyəti ilə bağlı sualı cavablandırarkən deyib.

N.İbrahimov bildirib ki, Milli Şura adlandırılan qurumun hansısa xarici ölkələrdə nümayəndəliklərinin yaradılması da ciddi bir hadisə deyil: “Çünki həmin qurumun özü ciddi təşkilat kimi qəbul olunmur. Mövcud siyasi situasiya göstərir ki, prezident İlham Əliyevin Azərbaycanda və ya Azərbaycandan kənarda heç bir alternativi yoxdur. Ölkəmizin son illərdə diplomatik, siyasi, iqtisadi, sosial sahələrdə əldə etdiyi yüksək nailiyyətlər bu seçkilərdə İlham Əliyevin qələbə qazanacağına şübhə yeri qoymur”.

Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qayğısına qalır, hüquqlarını müdafiə edir: “Bu siyasət bilavasitə ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilir. Ona görə də xaricdə yaşayan soydaşlarımızın böyük əksəriyyəti prezident İlham Əliyevin siyasətini bəyənir və müdafiə edir. Hansı ölkədə yaşamasından, milliyyətindən, dinindən, vətəndaşlığından asılı olmayaraq, Azərbaycanı az-çox tanıyan hər kəsə bəllidir ki, bu siyasətin alternativi yoxdur. Ona görə də belə kiçik qrupların boğazdan yuxarı bəyanatları heç kimi narahat etmir. Nə qədər təşkilat, birlik yaradırlarsa-yaratsınlar, bu onların hüququdur. Sadəcə, bizim arzumuz ondan ibarətdir ki, Azərbaycana aid bütün məsələlər Azərbaycanda müzakirə olunsun, buna bizim ölkəmizdə hər cür şərait və imkan var”.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı kinorejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Milli Şuranın nümayəndəliyini yaradıb və təsis forumu keçirilib. Yalçın Qəhrəmanlı nümayəndəliyin təşəbbüs qrupunun rəhbəri seçilib. Ukraynada yaşayan və bəzi diaspor təşkilatlarında təmsil olunan azərbaycanlılardan Mürşüd Məmmədov, Fəhmin Hacıyev, Xaqani Hüseynov, Əbdül Hüseynov, Əli Dəmirov və başqalarından ibarət nümayəndəlik Ukraynanın bir sıra regionlarında Milli Şuraya dəstəklə bağlı tədbirlərə start verib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR