Qaraçöpdə iranlı iş adamı azərbaycanlıların torpaq sahələrini zəbt edib

Qaraçöpdə iranlı iş adamı azərbaycanlıların torpaq sahələrini zəbt edib
# 01 mart 2013 08:22 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Saqareco bölgəsinin (Qaraçöp mahalı) Ləmbəli kəndində etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada təxminən 200 nəfər iştirak edib.

Kənd sakinləri iranlı iş adamının kəndin 5 min hektar ərazisini satın almasına etiraz edərək, torpağın azərbaycanlılara geri qaytarılmasını tələb ediblər. Onlar qeyd ediblər ki, kəndin 90 faizi maldarlıqla məşğul olur və kənddə otlaq sahələri zəbt olunub.

Qaraçöpdə 30 min nəfərin yaşamasına baxmayaraq, son bir neçə ildə əcnəbi iş adamları burada yaşayan azərbaycanlıların torpaq sahələrini hansısa yolla özəlləşdiriblər. Aksiya iştirakçıları iranlı iş adamının ofisinə gedərək tələblərini bildiriblər, lakin iş adamı ofisin qapılarını sakinlərin üzünə bağlayıb.

Ləmbəli kənd sakini Dursun Məmmədov jurnalistlərə açıqlamasında vəziyyətin gərgin olduğunu və Qaraçöpdə azərbaycanlıların torpaqlarının əllərindən alınmasının pis nəticələr verəcəyini bildirib: “Bizim otlaq sahələrimiz yoxdur. Mən 300-dən artıq mal-qaramı dəyər-dəyməzinə satdım. 5-6 mal-qaram qalıb, onu da otarmağa yerimiz yoxdur. Bu məsələ tezliklə hakimiyyət tərəfindən ciddi araşdırılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR