Rusiyada Azərbaycan və erməni diasporunun bu həftəyə təyin olunan görüşü təxirə salınıb

Rusiyada Azərbaycan və erməni diasporunun bu həftəyə təyin olunan görüşü təxirə salınıb
# 12 noyabr 2012 10:10 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, “Azərros” – Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovla Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan arasında görüş dekabrın əvvəllərində keçiriləcək.

Noyabrın 16-a təyin olunan görüşün təxirə salınmasının səbəbi Söyün Sadıqov və Ara Abramyanın Moskvada olmamasıdır.

Diaspora rəhbərləri dekabrda daha geniş tərkibdə görüş keçirməyi qərara alıblar. Görüşdə keçiriləcək birgə tədbirlərin planı hazırlanacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR