Rusiyadakı Azərbaycan icmasının ölkə həyatındakı rolu Dövlət Dumasının sədr müavini ilə görüşdə müzakirə olunub

Rusiyadakı Azərbaycan icmasının ölkə həyatındakı rolu Dövlət Dumasının sədr müavini ilə görüşdə müzakirə olunub
# 12 may 2016 22:33 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyadakı Azərbaycan icmasının ölkənin ictimai-siyasi həyatındakı rolu Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini Samir Məmmədovla Rusiya Dövlət Dumasının vitse-spikeri, Vahid Rusiya Partiyasının Ali Şurasının katibi, tanınmış siyasi xadim Sergey Jeleznyak arasında keçirilən görüşdə ətraflı müzakirə olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Məmmədov Azərbaycan diasporunun Rusiyanın sosial-iqtisadi, elm-təhsil həyatında olduqca aktiv rol oynadığını söyləyib. Onun sözlərinə görə, bu, Rusiya ilə Azərbaycan arasında olan dinamik qarşılıqlı fəaliyyətin məntiqi davamıdır.

Diaspor nümayəndəmiz bu məzmunda Rusiya və Azərbaycanın dövlət başçıları - Vladimir Putin və İlham Əliyev arasındakı inamlı şəxsi münasibətlərin əsas rol oynadığına əminlik ifadə edib: "Eləcə də nazirliklər, parlamentarilər, ictimaiyyət nümayəndələri, elmi və yaradıcı ziyalılar arasında da möhkəm əlaqələr mövcuddur".

Sergey Jeleznyak Samir Məmmədovun dediklərinə şərik olduğunu söyləyib. O, iki ölkə arasında humanitar layihələrin uğurla həyata keçirildiyini vurğulayıb: "Rusiyadakı Azərbaycan icması Böyük Vətən Müharibəsinin xatirəsinin əbədiləşdirilməsi təşəbbüsündə fəal iştirakı qarşılıqlı inam və qarşılıqlı sərfəli əməkdaşlıq əsasında münasibətlərin gələcək inkişafına daha böyük stimul verir".

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR