Sabir Rüstəmxanlı: “Çöhrəqanini Azərbaycan dövləti ilə ixtilafa səbəb olacaq açıqlamalara məcbur etmək istəyənlər var”

Sabir Rüstəmxanlı: “Çöhrəqanini Azərbaycan dövləti ilə ixtilafa səbəb olacaq açıqlamalara məcbur etmək istəyənlər var”
# 22 avqust 2013 09:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. “GAMOH rəhbəri Mahmudəli Çöhrəqani dünən axşam mənə zəng edib. O dedi ki, viza məsələsinə görə bu yaxınlarda Bakıya buraxılmadığına görə ona müxtəlif ciddi zənglər gəlir”. APA-nın məlumatına görə, bu fikirləri Dünya Azərbaycanlıları Konqresinin sədri, deputat Sabir Rüstəmxanlı deyib.


O qeyd edib ki, zəng vuran insanlar Mahmudəli Çöhrəqaniyə təsir göstərmək istəyirlər: “Çöhrəqani deyir ki, “ona təzyiq göstərilir, istəyirlər ki, GAMOH sədri Bakıya buraxılmamağını elə şərh etsin ki, nəticədə onunla Azərbaycan dövləti ilə arasında düşmənçilik yaransın. Guya Azərbaycanla Çöhrəqani arasında ixtilaf var və o buna görə guya ölkəyə buraxılmayıb. Mahmudəli bəy bildirdi ki, bu cəhdlər alınmayacaq, o, Azərbaycanı, həmvətənlərini sevir və bura onun doğma yurdudur. O dedi ki bundan sonra da Azərbaycana gəlməyə cəhd edəcək və biz də buna imkan verilməsi üçün bəzi diplomatik vasitələrdən istifadə edəcəyik”.

S. Rüstəmxanlı əlavə edib ki, Mahmudəli Çöhrəqaninin Bakıya buraxılmaması İran mətbuatında, ictimai mərkəzlərdə bayram edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR