Tomris Azəri: “Nyu-Cersi Ştat Assambleyasının qəbul etdiyi qərar Azərbaycan diasporunun fəaliyyətinin məntiqi nəticəsidir” - APA TV

Tomris Azəri: “Nyu-Cersi Ştat Assambleyasının qəbul etdiyi qərar Azərbaycan diasporunun fəaliyyətinin məntiqi nəticəsidir” - <span style="color: red;">APA TV
# 26 mart 2013 16:08 (UTC +04:00)

Bu barədə APA TV-yə məlumat verən Amerika Azərbaycan Cəmiyyətinin (ASA) sədri Tomris Azəri bildirib ki, bu nailiyyət Azərbaycan diasporunun apardığı məktub kampaniyalarının, çalışmaların məntiqi nəticəsi sayıla bilər. Onun sözlərinə görə, cəmiyyətin Amerikadakı bütün üzvləri Konqresə, Nyu-Cersi Ştat Assambleyasına Azərbaycanda 31 mart tarixində belə bir qətliamın olması ilə bağlı məktublar göndəriblər: "Nyu-Cersi Ştat Assambleyasının üzvü Tomas Qiblin mənə zəng elədi, evimə gəlib mənimlə görüşdü. Belə bir hadisənin olması ilə bağlı qanunu qəbul etdilər. Qiblin mənə dedi ki, gələn il mən də Nyu-Cersi Böyük Məclisinin önündə hər kəsə, qanunvericilərə bu məsələ haqqında danışacağam".


Amerika Azərbaycan Cəmiyyətinin sədri işlərin bununla yekunlaşmadığını deyib. Onun sözlərinə görə, Azərbaycan həqiqətləri ilə bağlı il boyu Amerika dövlət strukturlarına məktublar göndərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR