Ukraynanın Donetsk vilayətində girov götürülən azərbaycanlı Azərbaycan DİN-in səyi ilə azad edilib

Ukraynanın Donetsk vilayətində girov götürülən azərbaycanlı Azərbaycan DİN-in səyi ilə  azad edilib
# 10 iyul 2014 15:40 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib.

E.Zahidov qeyd edib ki, 18 yaşlı Elvin Rasim oğlu Qasımov Azərbaycanın Ukraynadakı səfirliyi, DİN-in səfirlikdəki rəsmi nümayəndəsi polkovnik Şahin Qocayev və yerli hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bir saat əvvəl azad olunub: “O, artıq sağ-salamat ailəsinə təhvil verilib”.

Qeyd edək ki, bu gün APA Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlıların bir azərbaycanlı ailəsinin 4 üzvünü girov götürməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, ailənin 3 üzvü qohumların və Ukrayna hüquq-mühafizə orqanlarının köməyi ilə azad edilsə də, 18 yaşlı Elvin Rasim oğlu Qasımov girov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR