ABŞ-da kişi 4 ailə üzvünü güllələyib, sonra isə özünü öldürüb

 ABŞ-da kişi 4 ailə üzvünü güllələyib, sonra isə özünü öldürüb
# 27 fevral 2016 00:36 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Vaşinqton ştatında dəhşətli hadisə baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ştatın Meyson dairəsində kişi ailəsinin 4 üzvünü güllələyərək qətlə yetirib, sonra isə özünü öldürüb.

Polis əməkdaşları hadisə yerində azyaşlı qızı tapıblar. Ehtimala görə, o, qatilin uşaqlarından biridir.

Qeyd olunur ki, cinayətkar özü polisə zəng edərək ailəsini qətlə yetirdiyini bildirib.

Hadisənin motiv və səbəbləri hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR