İtalyan ralli pilotu Polşada test yürüşü zamanı həlak olub

Matteo Doretto

© APA | Matteo Doretto

# 12 iyun 2025 09:39 (UTC +04:00)

İtalyan avtomobil yarışçısı Matteo Doretto Polşada keçiriləcək Avropa ralli çempionatı ərəfəsində test yürüşü zamanı baş verən qəza nəticəsində həyatını itirib.

APA xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qəza zamanı onun şturman; Samuele Pellegrino xəstəxanaya aparılsa da, xəsarət almayıb və vəziyyəti stabildir.

21 yaşlı Matteo Doretto 2024-cü ildə İtaliya üzrə gənclər çempionu olmuş, bu nəticəyə əsasən Avropa çempionatında iştirak hüququ qazanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR