Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi qondarma “DQR”də keçiriləcək “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi qondarma “DQR”də keçiriləcək “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
# 12 iyul 2007 14:40 (UTC +04:00)
Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi
qondarma “Dağlıq Qarabağ Respublikası”nda iyulun 19-da keçiriləcək “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb. Qurumdan APA-ya daxil olan bəyanatda bildirilir ki, Ermənistanın 18 il əvvəl başladığı kökündə əsassız ərazi iddiaları duran elan olunmamış müharibə Azərbaycan torpaqlarının 20 faizini təşkil edən Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarının işğalı ilə nəticələnib. İşğal faktından sonra Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda qanunsuz separatçı rejim yaradılıb, “prezident” və “parlament” seçkiləri keçirilib: “Beynəlxalq təşkilatların, dünya dövlətlərinin rəsmi şəkildə Dağlıq Qarabağın separatçı rejimini və burada keçirilmiş seçkilərin nəticələrini tanımadığını bəyan etməsinə baxmayaraq, Ermənistan beynəlxalq norma və qaydalara məhəl qoymur, işğalçı və separatçı siyasətini davam etdirir. Birlik ölkənin qaçqın və məcburi köçkün əhalisi adından Dağlıq Qarabağda keçiriləcək “prezident seçkilərinin” qanunsuz olduğunu bəyan edir, BMT-ni, Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-i və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlət başçılarını bu qeyri-qanuni aksiyanın qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR