Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilmiş monitorinq insidentsiz ötüşüb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bu gün keçirilmiş monitorinq insidentsiz ötüşüb
# 25 iyul 2007 14:02 (UTC +04:00)
Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycanın Qazax rayonunun Məzəmli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsini səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiks keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR