Metyu Brayza: “Yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş gözlənilmir”

Metyu Brayza: “Yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş gözlənilmir”
# 30 iyul 2007 16:00 (UTC +04:00)
Hər bir münaqişənin öz mahiyyətinə görə unikal olduğunu deyən həmsədr müxtəlif konfliktlər arasında müqayisə aparmağın düzgün olmadığını vurğulayıb: “Hesab edirəm ki, Rusiya qısa müddətdə Kosovonun müstəqilliyinin elan olunmasına razılıq verməyəcək. Amerikanın xarici siyasətinin əsas hədəfi danışıqlar yolu ilə kompromisə nail olmaqdır. Bu həmçinin Kosovo probleminə də şamil oluna bilər. Düzdür qeyd etməliyəm ki, hazırda Dağlıq Qarabağ münaqişəsi digər münaqişələrə nisbətən Helsinki razılaşmalarına daha yaxındır. Həm də hesab edirəm ki, Abxaziya münaqişəsinin nizamlanması üçün də Minsk Qrupu formatında bir qurum yaradılmalıdır”. Metyu Brayza yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş gözlənilmədiyini deyib: “Azərbaycan və Ermənistanda qarşıdan gələn prezident seçkiləri münaqişənin nizamlanması üçün konstruktiv heç nə vəd etmir. Mənim “Dağlıq Qarabağ münaqişəsi digər münaqişələrə nisbətən Helsinki razılaşmalarına daha yaxındır” fikirlərim o demək deyil ki, Dağlıq Qarabağ qısa zamanda həll oluna bilər”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR