Ermənilər əsir götürdükləri azərbaycanlı Əşrəf Cəfərovu qaytarıblar - YENİLƏNİB-1

Ermənilər əsir götürdükləri azərbaycanlı Əşrəf Cəfərovu qaytarıblar - <font color=#FF0000>YENİLƏNİB-1</font>
# 21 sentyabr 2007 12:35 (UTC +04:00)
Artıq təhvil-təslim başa çatıb.
Prosesdə Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firidun Sadıqov və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları iştirak ediblər.
APA-nın məlumatına görə, hazırda Ə. Cəfərov müayinə olunmaq üçün hərbi hospitala aparılıb. Sabiq əsir hərbi hospitalda müavinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası əsirin qaytarıldığını təsdiqləyib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Dağlıq Qarabağda saxlanılan azərbaycanlı mülki şəxs BQKX-nın himayəsi altında Azərbaycanın müvafiq hakimiyyət orqanlarına təhvil verilib. Qurum mandatına uyğun olaraq, azad olunan mülki şəxsin ötürülməsini bütün tərəflərin müraciətinə əsasən və onların tam əməkdaşlığı şəraitində həyata keçirib. Təhvilvermə əməliyyatından əvvəl qurumun nümayəndələri geri qayıtmaq arzusunda olduğunu təsdiqləmək üçün saxlanılan şəxslə görüşüblər.

Qeyd edək ki, BQXK 1992-ci ildən indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 662 nəfərin repatrliyasiya olunmasına və ya ötürülməsinə yardım edib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR