Ermənistan Silahlı Qüvvələri Tərtər, Füzuli və Ağdam istiqamətində atəşkəsi yenidən pozub

Ermənistan Silahlı Qüvvələri Tərtər, Füzuli və Ağdam istiqamətində atəşkəsi yenidən pozub
# 29 noyabr 2007 08:03 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini yenidən pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 28-də saat 18:40-dan 19:15-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22:40-dan 22:50-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, noyabrın 29-da saat 01:00-dan 04:40-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR