Yeni Papanın seçilməsi üçün konklav mayın 7-də başlayacaq

Yeni Papanın seçilməsi üçün konklav mayın 7-də başlayacaq
# 28 aprel 2025 15:52 (UTC +04:00)

Yeni Papanın seçilməsi üçün konklav mayın 7-də toplanacaq.

APA xəbər verir ki, bu barədə Vatikanın sözçüsü bildirib.

Vatikanın sözçüsü qeyd edib ki, Romada toplanan katolik kardinallar Papa Fransiskin varisini seçmək üçün konklavın başlama tarixini mayın 7-nə təyin ediblər.

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü. O, aprelin 26-da dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR