QAT “Təslimçi sülhə doğru aparan Qarabağ danışıqları və cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib

QAT “Təslimçi sülhə doğru aparan Qarabağ danışıqları və cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib
# 20 iyun 2008 12:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Təslimçi sülhə doğru aparan Qarabağ danışıqları və cəmiyyət” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, QAT sədri Akif Nağı deyib ki, danışıqlar təslimçi sülhə doğru aparır . ATƏT-in Minsk qrupunun vasitəçiliyi aparılan danışıqları Azərbaycanın maraqlarına zidd olduğunu bildirən A. Nağının sözlərinə görə, Qarabağda azərbaycanlılara qarşı aparılan soyqırım aktlarına rəhbərlik edənlərlə danışıqlar aparmaq düzgün deyil. Azadlıq Partiyasının sədri Əhməd Oruc isə deyib ki, Dağlıq Qarabağda antiterror əməliyyatlarına başlanmalıdır. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, hərbi əməliyyatlara başlanmazdan əvvəl peşəkar ordu yaradılmalıdır. “Bununla yanaşı “xalq diplomatiyası” çərçivəsində də işlər aparılmalıdır. Çünki “xalq diplomatiyası” çərçivəsində informasiya mübarizəsi apara bilirik”. Sonra mövzu ətrafında müzakirələr aparılıb və dəyirmi masa adından bəyanat qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR