Sərdar Cəlaloğlu ATƏT DTİHB-in nümayəndələri ilə görüşüb

Sərdar Cəlaloğlu ATƏT DTİHB-in nümayəndələri ilə görüşüb
# 20 iyun 2008 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki məsələləri üzrə sədr müavini Konrad Olojoski və qurumun demokratikləşmə məsələləri üzrə rəhbəri Culiana Markard-Nartenlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Milli Məclis tərəfindən Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra ölkədə yaranmış yeni siyasi situasiya müzakirə edilib. ADP sədri yaranmış yeni situasiyada siyasi qüvvələrin, o cümlədən təmsil etdiyi partiyanın seçkilərə münasibətini izah edib. Müzakirələrdə Azərbaycanda demokratikləşmə sahəsində mövcud olan problemlər və bu problemlərin həlli yollarına diqqət yetirilib, beynəlxalq təşkilatların payızda keçiriləcək prezident seçkilərinə münasibəti ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR