Elçibəyin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Elçibəyin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib
# 21 iyun 2008 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Əbülfəz Elçibəyin 70 illik yubileyi münasibəti ilə Müsavat Partiyasının qərargahında bu gün tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə partiya rəhbərliyi, ziyalılar, Elçibəyin yaxınları iştirak edib. Tədbirdə əvvəlcə partiyanın Gənclər Təşkilatının Elçibəylə bağlı hazırladığı slaydlar nümayiş olunub. Burada onun uşaqlıq dövründən tutmuş, prezidentliyinə kimi olan fotolar öz əksini tapıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər Elçibəyin həyat və fəaliyyət barədə danışıb, onu böyük inama sahib olan insan kimi xarakterizə edib: “Ən ağır vaxtlarda belə Əbülfəz bəyin gələcəyə inamı olub. Məmmədəmin Rəsulzadə və Elçibəy yolunu davam etdirən insanlar bu inamı saxlamalıdırlar”. Müsavat Partiyasının komissiya sədri Rafiq İsmayılov Elçibəyin tələbəlik və Elmlər Akademiyasında işlədiyi dövrlərdəki xatirələrdən danışıb, onun şəxsi keyfiyyətləri, müxtəlif məsələlərlə bağlı söhbətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbir digər iştirakçıların Elçibəylə bağlı xatirələri ilə başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR