ADP Seçki Məcəlləsinə yenidən əlavə və dəyişikliklərin ediləcəyini düşünür

ADP Seçki Məcəlləsinə yenidən əlavə və dəyişikliklərin ediləcəyini düşünür
# 23 iyun 2008 09:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi Seçki Məcəlləsinə yenidən əlavə və dəyişikliklərin ediləcəyini düşünür. Partiyanın sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, prezident seçkilərinin Milli Məclisdə əlavə və dəyişikliklər edilmiş Seçki Məcəlləsi ilə keçirilməsi mümkün deyil. O, prezidentin bu qanunu yenidən Milli Məclisə qaytaracağını güman edir: “Dəyişiklik edilmiş yeni qanundansa, biz köhnə qanunla seçkiyə getməyi məqbul sayırıq. Partiyada bu vaxta qədər seçkilərdə iştirakın qatı tərəfdarlarında da fikir dəyişikliyi yaranıb. Qanuna edilən dəyişikliklər seçkini formal prosesə çevirib. Amma mən bu vəziyyətdə də seçkilərdə iştiraka tərəfdaram”. S. Cəlaloğlu hesab edir ki, müxalifət və beynəlxalq təşkilatlar qanuna edilmiş dəyişikliklərə ciddi etiraz etməsələr belə, hakimiyyət bu qanunla seçki keçirməməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR