Böyük Quruluş Partiyası qərargah almaq üçün danışıqları davam etdirir

Böyük Quruluş Partiyası qərargah almaq üçün danışıqları davam etdirir
# 23 iyun 2008 10:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Böyük Quruluş Partiyası (BQP) qərargah almaq üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) ilə danışıqları davam etdirir. Partiyanın sədri Fazil Qəzənfəroğlu APA-ya açıqlamasında bildirib ki, dövlət komitəsi iyunun sonuna kimi BQP-ni qərargahla təmin edəcəyinə söz vermişdi, ancaq ayın sonunun yaxınlaşmasına baxmayaraq, hələlik komitə rəhbərliyindən hər hansı təklif gəlməyib. F. Qəzənfəroğlunun sözlərinə görə, dövlət qurumu bundan əvvəl partiya üçün təklif olunan yerləri bir daha təklif etsə, BQP bundan imtina edəcək. O, qərargah probleminin partiyanın seçkiyə hazırlığına maneçilik yaratdığını da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR