Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyi Tiflisdə də qeyd olunacaq

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyi Tiflisdə də qeyd olunacaq
# 23 iyun 2008 13:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Sabah Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, öncə Tiflisdə Heydər Əliyevin abidəsi yad ediləcək, sonra yubiley ilə bağlı ziyafət veriləcək. Tədbirə Tiflisdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycan icmasının təmsilçiləri dəvət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR