Qənirə Paşayevanın “Çoxmədəniyyətli və müasir cəmiyyətlərdə qadınların müstəqilliyinin gücləndirilməsi” mövzusunda hazırladığı bəyanat AŞ PA-da yayılıb

Qənirə Paşayevanın “Çoxmədəniyyətli və müasir cəmiyyətlərdə qadınların müstəqilliyinin gücləndirilməsi” mövzusunda hazırladığı bəyanat AŞ PA-da yayılıb
# 24 iyun 2008 15:41 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirə zamanı Böyük Britaniyadan olan deputat Hamfri Malins Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda çox böyük rol oynadığını bildirib. O, bir müddət öncə Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda qadınların rolunun artırılmasına dair beynəlxalq forum keçirildiyini xatırladıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın bu mövzuda hazırladığı sənəd isə AŞ PA-nın bəyanatı kimi çap edilərək yayılıb. 30-a yaxın AŞ PA üzvünün imza atdığı sənəddə Heydər Əliyev Fondunun, xüsusilə də fondun prezidenti Mehriban Əliyevanın mədəniyyətlərarası anlaşmanı təbliğ etmək üçün qadınlar arasında dialoqun möhkəmləndirilməsi istiqamətində fəal iştirakı və bu mövzuda Bakıda təşkil olunan beynəlxalq forum alqışlanır. Bəyanatı imzalayanlar forum iştirakçılarının dövlətləri və vətəndaş cəmiyyətinin nümayəndələrini gender bərabərliyini, davamlı dialoqu, tolerantlığı və ədaləti təbliğ etməyə çağırmasını da alqışlayaraq Avropa Şurasını, eləcə də üzv dövlətləri qadınların səlahiyyəti ilə bağlı gündəliyini genişləndirməyə, Heydər Əliyev Fondu və Mehriban Əliyeva tərəfindən həyata keçirilən bu kimi tədbirləri dəstəkləməyə və öz töhfələrini verməyə çağırırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR