Azərbaycan paytaxtında Silahlı Qüvvələrin yaradılmasının 90 illik yubileyi münasibətilə hərbi parad başlayıb

Azərbaycan paytaxtında Silahlı Qüvvələrin yaradılmasının 90 illik yubileyi münasibətilə hərbi parad başlayıb
# 26 iyun 2008 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, parada saat 12.00-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzəsi ilə start verilib. Bunun ardınca Müdafiə Nazirliyinin hərbi orkestri Azərbaycanın dövlət himni səsləndirib, hərbçilər himni canlı ifa ediblər. Azadlıq meydanında keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyəti, 210 modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 döyüş təyyarəsi, 31 gəmi və kateri iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR