Ukrayna prezidenti bu gün Azərbaycana işgüzar səfərə gəlir

Ukrayna prezidenti bu gün Azərbaycana işgüzar səfərə gəlir
# 30 iyun 2008 08:08 (UTC +04:00)
APA-nın məlumatına görə, günün ikinci yarısında başlayacaq səfər çərçivəsində Ukrayna prezidenti Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək, prezidentlərin iştirakı ilə Bakıdakı “Dostluq” kinoteatrının qarşısında Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışı olacaq. V. Yuşşenko Bakının Nobel qardaşları prospektində 0,85 hektar ərazidə Ukrayna səfirliyinin və səfirliyin əməkdaşları üçün yaşayış binalarının inşa ediləcəyi yerə baxış keçirəcək. Axşam saatlarında isə Yaşıl Teatrda V. Yuşşenkonun iştirakı ilə “Azərbaycanda Ukrayna Mədəniyyət Günləri”nin rəsmi açılış mərasimi olacaq. Tədbirdə Ukrayna incəsənət ustalarının konserti keçiriləcək. Ukrayna prezidenti GUAM-ın 3-cü sammitində iştirak etmək üçün sabah Bakıdan Batumiyə gedəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR