“Azadlıq” bloku Məclisinin iclasında boykot qərarı təsdiqlənəcək
30 iyun 2008 09:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yaxın on gün ərzində “Azadlıq” bloku Məclisinin növbəti iclası keçiriləcək. Bu barədə APA-ya blokun üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. O bildirib ki, iclasın vaxtının uzadılmasının xüsusi bir səbəbi yoxdur, sadəcə, blok seçkiöncəsi vəziyyətin tam aydınlaşmasını gözləyib: “Artıq seçkiqabağı situasiya tam aydındır və iclası bundan artıq gecikdirmək fikrində deyilik”. Q. Əlibəyli deyib ki, toplantıda blokun prezident seçkilərini boykot etməsi barədə qərar təsdiqlənəcək. Digər müxalifət partiyalarına boykota qoşulmaqla bağlı müraciət ediləcəyi də istisna olunmur.
Daxili siyasət
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib
18:41
11 sentyabr 2024
Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib
16:10
11 sentyabr 2024
Hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək
15:32
7 sentyabr 2024
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
08:03
1 sentyabr 2024