Gürcüstanın iqtisadiyyat naziri: “Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləməyə dair müvafiq saziş imzalamağa hazırıq”

Gürcüstanın iqtisadiyyat naziri: “Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləməyə dair müvafiq saziş imzalamağa hazırıq”
# 30 iyun 2008 12:53 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. “Gürcüstan Azərbaycanla müvafiq saziş imzalamağa və bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləməyə hazırdır”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanın iqtisadiyyat naziri Eka Şaraşidze söyləyib. Onun sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzvlüyünün dəstəklənməsi barədə saziş GUAM sammitinə hazırlıqla əlaqədar işçi qrupların toplantısında imzalana bilər. Qeyd edək ki, bununla bağlı Azərbaycanla Gürcüstan arasında danışıqlar bir ildən artıqdır davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR