Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
# 02 avqust 2008 08:11 (UTC +04:00)
Dağlıq Qarabağ – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 1-də saat 19.45-dən 19.50-dək və 20.30-dan 20.55-dək Ermənistanın Berd rayonunun Çinari və Ayqedzor kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Ağbulaq kəndləri ərazisində yerləşən mövqelərini, saat 22.10-dan 22.45-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.20-dən 23.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR