Eldar Namazov prezident seçkisində iştirak edib-etməməklə bağlı son qərarını avqustun 4-də verəcək

Eldar Namazov prezident seçkisində iştirak edib-etməməklə bağlı son qərarını avqustun 4-də verəcək
# 02 avqust 2008 13:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Prezident seçkisində iştirak edib-etməmək barədə son qərarı 4-də keçiriləcək yığıncaqda verəcəyik. Yaranan vəziyyət yeni situasiya olduğundan ciddi müzakirəyə ehtiyacı var”. Bu sözləri APA-ya açıqlamasında “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov bildirib. E. Namazov seçkiyə qatılmamaq barədə qərar qəbul edən partiyaların mövqeyinə hörmətlə yanaşdığını da deyib: “İndiyədək seçkidə namizədlə iştirak etmək istəməyən heç bir siyasi qurumla mənim namizədliyimi dəstəkləmək barədə hər hansı danışıq aparılmayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR