“İdeal” qəzeti İqbal Ağazadənin redaksiyaya hücum etməsi barədə məlumat yayıb

“İdeal” qəzeti İqbal Ağazadənin redaksiyaya hücum etməsi barədə məlumat yayıb
# 04 avqust 2008 17:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün saat 17:00 radələrində “Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə və daha 6 nəfər “İdeal” qəzetinin redaksiyasına hücum edib. Bu barədə APA-ya qəzetin redaksiyasından göndərilən press-relizdə bildirilib. Qəzet redaksiyası bildirib ki, İ. Ağazadə redaksiyanın mühafizəçisi Talehə zor tətbiq edib, təsisçi Nazim Quliyevin otağına daxil olaraq, buradakı mebel dəstini, redaksiyadakı iş avadanlıqlarını sıradan çıxarıb.

“İdeal” qəzetinin baş redaktor əvəzi Şakir Ağayev faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Qəzetin təsisçisi Nazim Quliyev İ. Ağazadənin qəzetdə barəsində gedən silsilə yazılara etiraz olaraq, belə addım atdığını söyləyib.

Millət vəkili İqbal Ağazadə isə qəzetin açıqlamasının doğru olmadığını bildirib. O deyib ki, nə o, nə də yaxınları “İdeal” qəzetinin redaksiyasında olmayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR