YAP seçki qərargahı yaradıb

YAP seçki qərargahı yaradıb
# 07 avqust 2008 14:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı seçki qərargahı yaradılıb”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə YAP icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. O bildirib ki, YAP seçkilərə hazırlıq prosesini tam şəkildə başa çatdırıb və proqrama uyğun olaraq fəaliyyət davam edəcək. Deputat seçki kampaniyasında maliyyə problemi ilə qarşılaşmayacaqlarını da söyləyib: “Güman edirəm ki, bizim maliyyə problemimiz olmayacaq. YAP-ın 450 min üzvü var və hərəsi 10 manat pul köçürsə, 4 milyon yarım pul edir. Seçki fondunun yuxarı həddi 10 milyon manatdır və biz çalışacağıq ki, bu fonda kifayət qədər pul toplayaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR