İqbal Ağazadə Piter Semnebinin müşaviri ilə görüşüb

İqbal Ağazadə Piter Semnebinin müşaviri ilə görüşüb
# 08 avqust 2008 14:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyasının sədri İqbal Ağazadə bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin siyasi məsələlər üzrə müşaviri Kler Delessarda görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə K. Delessard Azərbaycanda mövcud siyasi situasiya, siyasi partiyalar və onların fəaliyyət şəraiti, Ümid Partiyasının seçkilərə münasibəti və digər məsələlərlə maraqlanıb. İ. Ağazadə isə ona ölkədəki siyasi vəziyyətlə bağlı məlumat verib, partiyaların fəaliyyətinə törədilən maneələrdən danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR