Amerika Yəhudi Komitəsinin icraçı direktoru: “Azərbaycan dünyada tolerantlıq modelidir”

Amerika Yəhudi Komitəsinin icraçı direktoru: “Azərbaycan dünyada tolerantlıq modelidir”
# 14 avqust 2008 09:15 (UTC +04:00)
Fəxri Xiyabanda jurnalistlərə açıqlama verən D. A. Harris Azərbaycanın dünyada tolerantlıq modeli olduğunu bildirib. Azərbaycanın yəhudi icması ilə yaxşı əlaqələrinin olduğunu deyən Komitə rəhbəri yəhudilərin Azərbaycanda özlərini vətənlərindəki kimi hiss etdiklərini söyləyib: “Azərbaycan tolerantlığı ilə dünya üçün çox gözəl simvoldur”.

Qonaq ABŞ-da yəhudi və Azərbaycan icmaları arasında da çox gözəl münasibətlərin olduğunu, bu əlaqələr daha da möhkəmlənəcəyini qeyd edib. «Azərbaycan ABŞ üçün çox vacib ölkədir» deyən Harris Bakıda olacağı 2 gün ərzində Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəyini bildirib: “Görüşlərdə müzakirə ediləcək çox məsələ var. Regionda, xüsusən Gürcüstanda qeyri-stabillik mövcuddur. Həmçinin İranla bağlı məsələ, Azərbaycan-ABŞ, Azərbaycan-İsrail münasibətləri də müzakirə mövzusu olacaq”.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün ən ağrılı məsələ olduğunu qeyd edən qonaq problem haqqında Azərbaycan rəsmiləri ilə görüşlərdə daha dolğun məlumat alacağına ümidvar olduğunu bildirib. Gürcüstanda baş verən hadisələrə münasibət bildirən Harris hazırda çox mürəkkəb situasiyanın yarandığını vurğulayıb: “Ümid edirik ki, Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxacaq, bölgədə sülh bərqərar olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR