Qulamhüseyn Əlibəyli ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb

Qulamhüseyn Əlibəyli ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb
# 15 avqust 2008 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş sədri, prezidentliyə namizədliyini irəli sürmüş Qulamhüseyn Əlibəyli ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə ölkə direktoru Arien de Volffla görüşüb. Q. Əlibəylinin APA-ya verdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkiöncəsi şərait müzakirə edilib. Keçmiş AXCP-çi seçkilərlə bağlı həyata keçirəcəyi tədbirlər barədə məlumat verib. MDİ təmsilçisi isə öz növbəsində siyasi partiyaların seçkilərdə iştirakının tərəfdarı olduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR