Azərbaycan prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib
# 15 avqust 2008 10:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisi qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin daha da genişlənməsində ABŞ-da yaşayan yəhudi icmasının rolu qeyd olunub. Həmçinin bildirilib ki, Azərbaycanda yaşayan yəhudi icmasının ölkəmizdə azad fəaliyyəti üçün bütün imkanlar var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR