Vəhdət Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək barədə qərar qəbul edib

Vəhdət Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək barədə qərar qəbul edib
# 16 avqust 2008 09:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Vəhdət Partiyasının Baş Məclisinin sessiyası keçirilib. APA-nın məlumatına görə, toplantıda prezident seçkisində partiyanın namizədinin müəyyənləşməsi məsələsi müzakirəyə çıxarılıb. Partiya sədri Tahir Kərimli deyib ki, Vəhdət Partiyası uzun illər müxalifət düşərgəsində təmsil olunub və iqtidara qarşı radikal mövqe nümayiş etdirib: “Amma bu müddət ərazində müxalifət düşərgəsində öndə gedən partiyalar və şəxslər həm müxalifəti, həm də onları dəstəkləyən xalqın nümayəndələrini aldadıblar. Bu gün müxalifət düşərgəsi parçalanmış və sosial bazası aşağı səviyyədə olan bir siyasi qrupdur. Bu vəziyyətdə müxalifətdən kiminsə iqtidara gəlməsi mümkün deyil”. Partiyanın siyasi mövqeyində dəyişiklik edərək iqtidarı dəstəkləməsinə haqq qazandıran T. Kərimli bundan sonra İlham Əliyevin siyasi fəaliyyətinə dəstək verəcəklərini söyləyib: “Ümid edirik ki, seçkilərdə uğur qazanacaq hazırkı hakimiyyət öz komandasında Vəhdət Partiyasının üzvlərinə də yer ayıracaq”. Sonra partiyanın prezident seçkisində namizədinin müəyyənləşməsi məqsədilə açıq səsvermə keçirilib. Baş Məclis partiyanın prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR