Prezident İlham Əliyev UNİCEF-in Azərbaycandakı nümayəndəsini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev UNİCEF-in Azərbaycandakı nümayəndəsini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib
# 18 avqust 2008 12:46 (UTC +04:00)
Bakı - APA. Prezident İlham Əliyev avqustun 18-də UNİCEF-in Azərbaycandakı nümayəndəsi, xanım Haana Singeri ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, H. Singer UNİCEF-lə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Öz növbəsində, dövlət başçısı da Azərbaycanla UNİCEF arasında əlaqələrin daim genişlənməsindən məmnunluğunu ifadə edib. Prezident İ. Əliyev fəaliyyəti müddətində xanım H. Singerin Azərbaycan-UNİCEF əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verdiyini, bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR