Qulamhüseyn Əlibəyli: “Prezidentliyə namizədliyimi geri götürüb-götürməmək barədə qərarımı yaxın iki gün ərzində qətiləşdirəcəyəm”

Qulamhüseyn Əlibəyli: “Prezidentliyə namizədliyimi geri götürüb-götürməmək barədə qərarımı yaxın iki gün ərzində qətiləşdirəcəyəm”
# 19 avqust 2008 10:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Prezidentliyə namizədliyimi geri götürüb-götürməmək barədə qərarımı yaxın iki gün ərzində qətiləşdirəcəyəm. Namizədliyimi geri götürmək ehtimalı böyük olduğu üçün hələ imzatoplama kampaniyasına da başlamamışam”. Bunu APA-ya açıqlamasında AXCP Ali Məclisinin keçmiş sədri, prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli deyib.

Özünün namizədliyini geri götürmək fikrinə düşdüyünü qeyd edən Q. Əlibəyli hazırda məsələnin seçki qərargahında müzakirə edildiyini bildirib. O, namizədliyini geri götürməsinin səbəblərini yalnız bu addımı atandan sonra açıqlayacağını söyləyib: “Mənim imza toplamaq üçün heç bir problemim yoxdur. Bölgələrdə mənə yaxın şəxslər var, onlar mənim qərarımı gözləyirlər. Ona görə də namizədliyimi geri götürmək fikrinə düşməyim imza toplamaq problemi ilə bağlı deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR