Böyük Quruluş Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı qərarına yenidən baxacaq

Böyük Quruluş Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı qərarına yenidən baxacaq
# 20 avqust 2008 15:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Böyük Quruluş Partiyası (BQP) prezident seçkilərində iştirakla bağlı məsələyə yenidən baxacaq. Partiyanın Ali Məclisinin sədri Əjdər Əliyev APA-ya bildirib ki, bu məqsədlə avqustun 21-də qurumun Ali Məclisinin toplantısı keçiriləcək: “Partiyanın seçkidə iştirak etməməklə bağlı qərarı təşkilatın yerli strukturları tərəfindən narazılıqla qarşılanıb və onlar partiyanın seçkiyə namizədlə qatılmasını tələb ediblər. Ola bilsin ki, seçkiyə qatılmaq barədə qərar verildi”.

Qeyd edək ki, BQP Ali Məclisinin avqustun 2-də keçirilən yığıncağında partiyanın seçkiyə qatılmaması barədə qərar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR