QAT Ərdoğanın “Qafqaz birliyi” ideyasını pisləyib

QAT Ərdoğanın “Qafqaz birliyi” ideyasını pisləyib
# 21 avqust 2008 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Qafqaz birliyi” ideyasını pisləyən bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Ərdoğanın Azərbaycanı bu birliyə qoşmaq cəhdləri, həmçinin bu barədə işğalçı Ermənistanla danışıqlar aparmaq niyyəti də pislənilib: “Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir və bütün dünyada qondarma “soyqırım” təbliğatını davam etdirir”. Bəyanatda Ermənistana Qafqaz birliyində yer olmadığı da diqqətə çatdırılıb: “Biz hesab edirik ki, Türkiyənin bu təşəbbüsünün digər səbəbi Avropa Birliyinin təzyiqləri altında Ermənistanla münasibətlərin normallaşdırılması niyyətləri ilə bağlıdır. Azərbaycan hakimiyyəti bu antimilli prosesdən kənara çəkilməlidir. Əks təqdirdə QAT ictimai qınağın və etiraz aksiyalarının təşkilini nəzərdə tutur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR