“Seçki 2008” QHT Koalisiyası prezident seçkiləri ilə bağlı keçirdiyi monitorinqin ilk həftəsini başa çatdırıb

“Seçki 2008” QHT Koalisiyası prezident seçkiləri ilə bağlı keçirdiyi monitorinqin ilk həftəsini başa çatdırıb
# 22 avqust 2008 13:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Seçki 2008” QHT Koalisiyası prezident seçkiləri ilə bağlı keçirdiyi monitorinqin ilk həftəsini başa çatdırıb. Koalisiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq aparılan 9 qəzetdə ümumilikdə 89 yazı dərc edilib, 1 internet saytında isə (5 gün) 4 yazı yayılıb. Onlardan 22-si (24,7 faiz) seçici fəallığının artırılması, seçki maarifləndirilməsi, seçkiyə nəzarət və medianın monitorinqi, digər yazılar isə namizədlər və ya partiyalardan bəhs edib. Televiziya kanallarındakı durum isə xüsusi aktivliyi ilə diqqəti cəlb etməyib. Qeyd edək ki, oktyabrın sonunadək davam edəcək monitorinq ölkədə fəaliyyət göstərən hakimiyyət, müxalifət və müstəqil olmaqla cəmi 15 KİV-də aparılacaq. Monitorinqdə “Azərbaycan”, “İki sahil”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Azadlıq”, “Bizim Yol”, “525-ci qəzet”, “Şərq” və “Zerkalo” qəzetləri tədqiq ediləcək. Monitorinq “Mediaforum” və “Lent.az” internet saytlarını, habelə AzTV, İTV, Lider və ANS telekanallarını əhatə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR