Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri ABŞ Demokrat Partiyasının qurultayında iştirak edir

Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri ABŞ Demokrat Partiyasının qurultayında iştirak edir
# 25 avqust 2008 10:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, avqustun 28-dək davam edəcək tədbirlərdə 100 ölkədən hazırkı və keçmiş hökumət nümayəndələri, parlament üzvləri, diplomatlar, siyasi partiya rəhbərləri iştirak edirlər. Tədbirlərdə Azərbaycan hökumətini Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təmsil edir.

Səfər zamanı Ə. Həsənovun ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Devid Kramer, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Brayza, USAİD-in Avropa və Avrasiya məsələləri üzrə administratorunun müavini Kennet Yamaşita, Milli Demokratiya İnstitutunun prezidenti Kennet Vollak, Respublikaçılar İnstitutunun prezidenti Lorn Kraner, “Counterpart” təşkilatının prezidenti Lelei Lelalu, həmçinin Demokratiyaya Dəstək Milli Fondu, “Freedom Forum”, Mətbuat Azadlığı Naminə Reportyorlar Komitəsi, Jurnalistlərin Beynəlxalq Mərkəzinin rəhbərləri və digər şəxslərlə görüşü nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR