Elçin Behbudov daxil işlər naziri Ramil Usubovla görüşmək istəyir

Elçin Behbudov daxil işlər naziri Ramil Usubovla görüşmək istəyir
# 27 avqust 2008 10:33 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov görüşmək xahişi ilə daxili işlər naziri Ramil Usubova müraciət edib. Komitə sədri APA-ya açıqlamasında bildirib ki, nazirlə ölkədə insan haqlarının vəziyyətini, bu günlərdə 18 rayon polis şöbəsinin saxlanma yerlərində keçirdiyi monitorinqlərin nəticələrini müzakirə etmək niyyətindədir. Hüquq müdafiəçisi deyib ki, ona işgəncə faktları barədə müraciətləri, eyni zamanda 1 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin polislə bağlı şikayətlərini də R. Usubovun nəzərinə çatdıracaq. Komitə sədri onu da qeyd edib ki, “Əbu Bəkr“ məscidində baş verən partlayışla bağlı komitəyə müraciət edən dindarların da şikayətlərini nazirə bildirəcək: “Vəhhabi təriqətindən olan insanlar mənə müraciət edərək bildiriblər ki, partlayışla bağlı onları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağıraraq incidirlər. Mən də bütün bu məsələləri nazirin diqqətinə çatdıracağam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR