İqbal Ağazadə MDİ-nin Bakı Ofisinin rəhbəri ilə görüşüb

İqbal Ağazadə MDİ-nin Bakı Ofisinin rəhbəri ilə görüşüb
# 27 avqust 2008 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Arjen de Vulff ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə A. Vulff Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər, partiyanın seçki prosesinə münasibəti, imzatoplama kampaniyası zamanı regionlarda və paytaxtda baş verənlərlə maraqlanıb. Azərbaycanda seçki situasiyası ilə bağlı ilkin təəssüratlarını bölüşən MDİ nümayəndəsi vətəndaş cəmiyyətinin qurulması prosesində siyasi partiyaların rolu, hər iki təşkilat arasında gələcək əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar. A. Vulff seçki təbliğatı zamanı rəhbərlik etdiyi qurumun təcrübəsinin Ümid Partiyası Seçki Qərargahı üzvləri ilə bölüşdürülməsi və partiyanın gələcək siyasi fəaliyyət planları ilə bağlı öz təkliflərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR