MSK sentyabrın 2-dən maarifləndirmə proqramının ikinci mərhələsinə start verəcək

MSK sentyabrın 2-dən maarifləndirmə proqramının ikinci mərhələsinə start verəcək
# 28 avqust 2008 11:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin, aşağı seçki komissiyalarının üzvlərinin və digər seçki subyektlərinin maarifləndirilməsi proqramının birinci mərhələsini yekunlaşdırır. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sentyabrın 2-dən maarifləndirmə proqramının ikinci mərhələsinə start veriləcək. Qurum üzvləri İctimai Televiziyada və dövlət nəşrlərində seçicilərin qeydiyyatdan çıxma vəsiqəsi ilə səsvermədə iştirakından tutmuş səsvermənin yekun nəticələrinin dərc olunmasına kimi ən müxtəlif mövzularda çıxış edəcəklər. MSK-nın maarifləndirmə proqramı səsvermə gününə kimi davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR