Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub

Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
# 29 avqust 2008 07:28 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 28-də saat 12.10-dan 12.30-dək, 13.20-dən 13.40-dək və avqustun 29-da saat 00.15-dən 00.55-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex, Noyemberyan rayonu Vazaşen kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi, Ağdam kəndi və Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, avqustun 28-də saat 12.55-dən 13.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, avqustun 29-da saat 06.30-dan 06.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR