Müsavat Divanında müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı məsələ müzakirə edilib

Müsavat Divanında müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı məsələ müzakirə edilib
# 01 sentyabr 2008 14:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı məsələ müzakirə edilib. Partiya Məclisinin sədri Sülhəddin Əkbərin APA-ya verdiyi məlumata görə, toplantıda seçkilərlə bağlı sənəd layihəsi müzakirə edilib: “Ortada bir sənəd layihəsi var və əsas müzakirə edilən məsələ budur. Xüsusi bir problem olmasa, bu həftənin sonunda artıq bu sənəd imzalana bilər. Sənədi həm “Azadlıq” blokuna daxil olan partiyalar, Müsavat, Klassik Xalq Cəbhəsi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum imzalamağa hazırdır. Digər partiyalarla da danışıqlar aparılır və ola bilsin ki, onlar da bu sənədə qoşulacaqlar”. S. Əkbər digər partiyaların adlarını çəkmək istəməyib və bunu həmin qüvvələrin fikrinin qəti olmaması ilə əlaqələndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR