Ermənistan silahlı qüvvələri atəşkəsi pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi pozub
# 03 sentyabr 2008 07:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edirlər. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 3-də saat 01.45-dən 02.25-dək Ermənistan Respublikası Berd rayonu Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun adsız yüksəkliklərində və Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, sentyabrın 2-də saat 08.20-dən 08.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 3-də saat 04.55-dən 05.10-dək Ağdam rayonun Mərzili kəndi və Füzuli rayonun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR