ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin Azərbycana səfəri başlayıb

ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin Azərbycana səfəri başlayıb
# 03 sentyabr 2008 07:44 (UTC +04:00)
Turneyə Azərbaycandan başlayan Riçard Çeyni həmçinin Gürcüstan, Ukrayna və Avropa ölkələrinə də səfər edəcək. ABŞ-ın vitse-prezidenti Azərbaycanda keçirəcəyi yüksək səviyyəli görüşlərdə əsasən Cənubi Qafqaz regionunda son vəziyyəti, enerji dəhlizlərinin təhlükəsizliyi məsələsi müzakirə olunacaq. Bu səfər regionda yaranmış situasiyada ABŞ-ın MDB məkanındakı tərəfdaşlarına dəstək nümayişi xarakteri daşıyır. Riçard Çeyninin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Hanna bildirib ki, səfərin əsas məqsədi Birləşmiş Ştatların dünyanın bu hissəsində təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu nümayiş etdirməkdir: “ABŞ administrasiyası Riçard Çeyninin bu tələsik səfərinə xüsusi əhəmiyyət verir. Sözsüz ki, Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatı və birtərəfli şəkildə Cənubi Osetiya və Abxaziyanı tanıması bu səfərin əhəmiyyətini artırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR