Etibar Məmmədov Massaçusets qubernatoru ilə görüşüb

Etibar Məmmədov Massaçusets qubernatoru ilə görüşüb
# 08 sentyabr 2008 11:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. ABŞ-da səfərdə olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Massaçusets ştatının qubernatoru Mitt Romneylə görüş keçirib. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Qafqaz regionunda son vəziyyət, Azərbaycandan dünya bazarına enerji daşıyıcılarının sərbəst axınını əngəlləyən hallara qarşı birgə fəaliyyət barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin, demokratik proseslərin gedişi, insan haqları və azadlıqları ilə bağlı məsələlərə toxunulub. Səfər çərçivəsində E. Məmmədov ABŞ-ın Respublikaçılar Partiyasının rəsmiləri ilə də görüşlər keçirib. Qeyd edək ki, E. Məmmədov Respublikaçılar Partiyasının Massaçusets ştatında keçirilən qurultayında iştirak etmək üçün ABŞ-a səfərə gedib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR